Rusiyanın Kemerovo vilayətinin qubernatoru istefa verdi – PUTİN QƏBUL ETDİ

Baxış sayı:
1993

Ticarət mərkəzində çoxsaylı insanın ölümü ilə nəticələnən yanğının baş verdiyi Rusiyanın Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev öz istəyi ilə postunu tərk edir.
“RİA Novosti" xəbər verir ki, bu barədə bazar günü regional administrasiyanın məlumatında deyilir.
"Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev öz istəyi ilə vəzifəsindən istefa vermək haqqında ərizə ilə Rusiya prezidenti Vladimir Putinə müraciət edib", — deyə vilayət administrasiyasının mətbuat xidməti bildirib.
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Kemerovo vilayətinin qubernatoru Aman Tuleyevin istefasını qəbul edib.
"Report" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Regionun rəhbərliyinin icrası müvəqqəti olaraq vitse-qubernator Sergey Çivilevə tapşırılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Kemerovodakı ticarət mərkəzində çoxsaylı insanın ölümü ilə nəticələnən yanğının baş verməsi səbəbindən vilayətin qubernatoru Aman Tuleyev öz istəyi ilə postunu tərk edib. O, öz istəyi ilə vəzifəsindən istefa vermək haqqında ərizə ilə Rusiya prezidenti Vladimir Putinə müraciət edib.
"Zimnaya vişnya" ticarət mərkəzində yanğın martın 25-də baş verib. Faciə nəticəsində 41-i uşaq olmaqla, 64 nəfər həyatını itirib.
 
Muxalifet.az