Rusiyanın İdlibə hava hücumundan sonra Kremldən ilk açıqlama

Baxış sayı:
3835

Rusiya, İdlibə hava hücumundan sonra açıqlama verib. Kremldən edilən açıqlamada, "İdlib terrorçuların yuvasıdır" ifadəsi işlənib və bölgədəki son vəziyyətin Tehranda keçiriləcək olan üçlü Suriya sammitində müzakirə olunacağı bildirilib. Rusiya, ABŞ prezidenti Trampın İdlibə yönəlik açıqlamalarını da tənqid edib. Kremldən verilən açıqlamada, "İdlibdəki son vəziyyət Tehran Sammitində müzakirə olunacaq. Trampın xəbərdarlıqları problemin həlli üçün yardımçı deyil. İdlibdəki terrorçular Rus bazaları üçün təhdiddir" deyilib. Müxalifət.az