Rusiyanın iddiasına ABŞ-dan cavab gecikmədi

Baxış sayı:
349

Rusiya XİN sözçüsü Mariya Zaxarova Moskvada keçirdiyi mətbuat konfransında Suriyadakı son proseslərə bağlı açıqlamalr verib.
 
Suriyanın şimal-şərqindəki vəziyyətin narahatlıq yaratmağa davam etdiyini vurğulayan Zaxarova, "ABŞ-ın Kürd müttəfiqləri (YPG/PKK) üçün bu bölgədə dövlətə bənzər bir quruluş yaratmağa çalışır" deyə söyləyib.
Bu cür cəhdlərin təsirli olmadığını və yerli əhalinin təpkilərinə səbəb olduğuna işarə edən Zaxarova, "Rusiya bu təşəbbüslərə görə, narahatdır" deyib.
 
ABŞ-dan CAVAB GECİKMƏDİ
 
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri, Rusiyanın açıqlamalarına cavab verib.
Türkiyənin Suriyanın şimalında yaranacaq terror təşkilatı PKK ilə əlaqəli müstəqil bir dövlət quruluşu məsələsində narahatlıqları olduğunu vurğulayan Cefri, "Bu, Türkiyəyə qarşı bir təhdiddir. Biz hər şeydən əvvəl Suriyanın ərazi bütövlüyündən, birləşmiş bir dövlətin tərəfdarıyıq və Suriyanın şimal-şərqində bir dövlət yaratmaq səyi içərisində deyilik" deyə bildirib.
Cefri, Suriyada sabit hakimiyyətin eyni zamanda həm Kürd, həm Ərəblər ilə bölgədəki icmaların təhlükəsizlikləriəi əhəmiyyət verdiklərini bildirərək, "Burada uzun dövrlü bir siyasi gündəmimiz yoxdur, hərbi gündəmimiz var" deyə söyləyib.
 Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov, bir müddət əvvəl Fransız yayım qurumlarına verdiyi müsahibədə, ABŞ-ın Suriyada Kürdləri (YPG/PKK) istifadə etdiyini bildirərək, "ABŞ Suriyada Kürdüstan layihəsi ilə təhlükəli oyun oynayır" demişdi.
Müxalifət.az