Rusiyanın daha bir aviaşirkəti ölkəmizə uçuşlara başlayır

Baxış sayı:
9112

Rusiyanın “Smartavia” şirkəti Azərbaycana uçuşlar həyata keçirəcək.
Trend-in məlumatına görə, bunu şirkətin kommersiya direktoru Svetlana Rodionova bildirib.
Onun sözlərinə görə, ümumilikdə “Smartavia” yay mövsümündə 60-dan çox marşrut üzrə uçuşlar həyata keçirəcək.
Yeni istiqamətlər arasında Vladiqafqaz, Mineralnıye Vodı, Gelencik şəhərləri də yer alacaq.
Bundan başqa, aviaşirkət Gürcüstanın Tiflis və Batumi şəhərlərinə reysləri artırmağı və Türkiyəyə reyslər həyata keçirməyi planlaşdırır.