Rusiyanın Ağdənizdəki hərbi təlimi nəyə hesablanıb? – ŞƏRHLƏR

Baxış sayı:
5836

Rusiya, sərhədi olmayan bir dənizdə ilk dəfə böyük bir hərbi təlim keçirəcəyini söyləyərək Şərq Aralıq Dənizinə enib. 1-8 sentyabr tarixləri arasında Şərqi Aralıq dənizində hərbi təlim keçirəcəyini bildirən Rusiya, Rus Hava Qüvvələri və donanmanın birgə təliminə 26 döyüş gəmisi, 2 sualtı gəmi və 34 hava vasitəsi qatılacağını açıqlayıb.
 
Zəngin karbohidrogen yataqları ilə diqqət çəkən Şərq Aralıq dənizindəki gərginliyin artmasına səbəb olan təlimə, təqaüddə olan admirallar “Milliyyət” qəzetində münasibət bildirib. Dəniz Qüvvələri Komandanlığının Şərqi Aralıq Dənizi siyasətlərindən məsul admirallarından Cem Gurdeniz bunları deyib: "Rusiyanın bu təlimi, Qərbi tormozlamaq baxımından təsirli olacaq. Amma gözlənildiyi kimi, Qərblə qarşıdurma çıxmayacaq. Soyuq müharibənin ən kəskin olduğu dövrdə belə, NATO qüvvələri ilə aralarında bir döyüş çıxmadı. Əhəmiyyətli olan Rusiyanın Şərqi Aralıq dənizinin 10 müxtəlif bölgəsində Notum (dənizçilərə və təyyarəçilərə hüquq-mühafizə məlumatlandırılması) edib. Rusiya ilk dəfə çoxlu notum verərək güc nümayişi həyata keçirir. Notum vermək, “Tomahawk” raketləri atacaq gəmilərin də bölgələrə daxil olmaması deməkdir. Onsuz da Rusiya, uzun mənzilli Kalibr 2 raketləri ilə Xəzər dənizindən Aralıq dənizi vurduğunu göstərmiş, gücünü sübut etmişdi". Gurdeniz, Rusiyanın artıq şimal sahilləri NATO ölkələri tərəfindən mühasirə edilmiş bir bölgədə yumruğunu stola vuraraq məcbur diplomatiya qabiliyyətinə qovuşduğunu bildirib" deyib.
Rusiyanın tarixi boyu isti dənizlərə çıxmağı bir strategiya kimi qəbul etdiyini bildirən təqaüddə olan admiral Kadır Sağdıç isə Suriya böhranının artıq hərbi strategiyaya çevrildiyini söyləyib. Sağdıç, "Rusiyanın coğrafiyası cənub və isti dənizlərə enməsi üçün uyğun deyil. 17-ci əsrdə Böyük Pyotrun xəyali olaraq başlayan cənubi sulara enərək strateji güc qazanmaq siyasəti reallığa çevrilir. Rusiya soyuq müharibədə Suriya bazalarından yapışaraq ayaqda qaldı. Hətta Cənubi Kipr Yunanlarına S 300 raketi sataraq bölgədə varlıq göstərmək istədi. Amma soyuq müharibə sonrasında tarazlıqlar dəyişir" deyə söyləyib.
 
"MEYDAN OXUMA”
 
Sağdıç, "Böyük təlimlər əsasən başqa bir hərəkatın hazırlığını örtmək üçün aparılır. Gəmilərdən atılacaq idarə olunan mərmilər hədəfləri yayındırmaq üçün edilir. Təlim İdlib əməliyyatı ərəfəsində hədəf yayındırmağa hesablana bilər. Eyni zamanda, ABŞ-ın Suriyaya qarşı əməliyyatına qarşı bir qalxandır" deyə, bildirib.
Müxalifət.az