Rusiyanın acı sonluğuna Putin belə mane ola bilməyəcək...-Təhlil

Baxış sayı:
8407

https://inosmi.ru/ Bu yaxınlarda beynəlxalq ictimaiyyətdə Putinin varis axtardığı haqda xəbərlər yayılmışdı, hətta namizədlərin siyahısı da hazırlanmışdı. Lakin yaşına uyğun olmayan güc və enerjiyə malik Putin göstərdi ki, gənc kadrlara öz postunu güzəştə getməyəcək. Allah ona ölkəni idarə etmək üçün 20 il verdi, sanki o, bu illər ərzində yaşlanmayıb. İstefa tarixini heç vaxt açıqlamayan Putin daha 20 il işləyə bilər və sonra 500 il də göylərdə fəaliyyətini davam etdirə bilər, çünki sözdə varis indidən uğursuzluğa məhkumdur. Putinin 2024-cü ildə prezident postndan getməli olduğu yazılan Konsitusiya mənasızdır. Onu dayandıracaq tək şey taleyin ona yazdığı vaxtdır. Amma Rusiyada situasiya dəyişməyəcək Çox insan Putini Rusiyanın xilskarı adlandırır. SSRİ dağılandan sonra Yeltsinin rəhbərliyi ilə pis vəziyyətə düşmüş Rusiyanı Putin uçurumun kənarından uzaqlaşdırdı. O, “mənə 20 il verin və mən sizə güclü Rusiya qaytaracağam” vədini tam yerinə yetirməməsinə baxmayaraq, Rusiyada vəziyyət Yeltsin dövrü ilə müqayisədə çox dəyişdi. Dünyada yenidən Qərbdə qorxu yaradan güclü Rusiya imici yaradıldı. Ancaq Putin nə qədər güclü olsa da, onun uğuru Rusiyanın sonluğuna gətirib çıxaracaq. Məhz belə Rusiya ona öz bacarıqlarını göstərmək imkanı verir və onu təsirli siyasətçi edir. Buna görə “Rusiyanın xilaskarı Putin”in ölkəni modernləşdirmək üçün kifayət qədər enerjisi yoxdur. Onun rəhbərliyi altında bəzi irəliləyişlərəldə edilsə də, bu ölkənin ayağa qalxması demək deyil. Əslində, müxtəlf köklü sosial problemlər üzündən Rusiya keçmiş super gücdən-Sovet İttifaqından uzaqlaşır. Hətta iqtisadi inkişaf da bunun qarşısını ala bilməyəcək. Bu çətinliyin bir neçə səbəbi var: Birinci- dərin kök salmış stalin modeli Sovet ittifaqının varisi kimi, "stalinizm" Rusiya onun tarixində möhkəmlənmiş və Sovetlərin dağılmasından sonra da aradan qaldırıla bilməyən stalin modelindən ”ən çox faydalanmış” subyektdir. Stalinizmin köməyi ilə getmiş sinfi mübarizə nəticəsində yaranan “imtiyazlı təbəqə” ittifaq dağılandan sonra Rusiyanın başında dayandı. Putin bu qrup insanların içərisindən seçilib. İkinci səbəb-oliqarxiya Sovet ittifaqının dağılması xalq üçün-yalnız adının dəyişdirliməsidir, amma imtiyazlı təbəqə üçün heç bir şey dəyişməyib və bu təbəqə “yeni ruslara“ çevrilib, daha sonra isə oliqarxlara transformasiya oldular. Putin yaramaz oliqarxların öhdəsindən gəlsə də, həddən artıq güclü olanlara təsir etmək çətindir. Üçüncü səbəb-iqtisadi modeldəki böyük boşluqlar Sovet İttifaqının dağılması Rusiya tarixindəki ən faciəli hadisədir, çünki nəticədə Rusiya yalnız "böyük Vətənini" itirməyə məcbur qalmadı, həm də dirçəliş üçün möhkəm təməli, yəni güclü və bütöv bir sənaye sistemini də itirdı. Qərbin kapitalı talan etməsi və bir qrup oliqarxın fəaliyyəti üzündən Rusiya sənaye sistemi sağalmaz yara aldı, buna görə Rusiya yaşamaq üçün yalnız resurları sata bilər və beynəlxalq bazardan asılı ola bilər. Vahid iqtisadi struktur səbəbindən, Rusiya iqtisadiyyatının inkişafı həmişə zəif və qeyri-sabit olmuşdur və yüksək işsizlik əhali arasında itkilərə gətirib çıxarmışdır. Dördüncü səbəb-əhalinin azalması Əhali ölkənin dirçəldilməsi və bərpası üçün vacib bazadır, lakin Rusiya bu bazanı itirməkdədir. Sovet İttifaqının dağılması ilə birlikdə soyuq iqlim səbəbindən Rusiya çox sayda əhalisini və yaşamağa yaralı ərazini itirdi, ölkə əhalisi əhəmiyyətli dərəcədə azaldı. Uzunmüddətli iqtisadi durğunluq səbəbi ilə çox sayda rusiyalı Qərbi Avropaya və ya Çinə köç etmək qərarına gəldi və bu da ölkə əhalisinin daim azalmasına səbəb olur. Yüksək işsizlik nisbəti getdikcə daha çox insanı sərxoşluq uçurumana sürükləyir, buna görə Rusiyada əhalinin qorxunc tempdə azalması müşahidə olunur. Rusiya iqtisadiyyatının hazırkı yarı ölmüş vəziyyətdə olması baxımından, Rusiya demoqrafik siyasəti dəstəkləsə də əhalinin azalma tendensiyası qısa müddətdə əhəmiyyətli dərəcədə dəyişməyəcəkdir. Nəhayət, əlverişsiz beynəlxalq vəziyyət Rusiyadakı iqtisadi böhran əsasən Qərb ölkələrinin birbaşa fəaliyyəti ilə şərtlənib. Sovet İttifaqının dağılmasından sonra ölkəni talan etməklə yanaşı, ABŞ-ın rəhbərlik etdiyi Qərb ölkələri uzun müddət Rusiyanı “üzük” formasında-hər tərəfdən mühasirə olunmuş vəziyyətdə saxladılar və bu da Rusiya iqtisadiyyatının durğunluğuna səbəb oldu. Qərb ölkələrinin şiddətli təxribatı fonunda Putinin edə biləcəyi tək şey geri çəkilməkdir. Lakin bu cür hərəkətlər Rusiyanın milli inkişafına az təsir edir, ölkəni tənəzzüldən çıxarmaq hələ də çətindir. Buna görə də Putinin müəyyən uğurlarına baxmayaraq, Rusiyanın tənəzzülü qaçılmazdır. Putinin gedəcəyi yaxud getməyəcəyi yalnız bu çöküş sürətini dəyişdirəcək, ancaq mövcud vəziyyəti kökündən dəyişə bilməz. Muxalifet.az