Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı İLK HESABAT – HƏBSLƏR OLACAQ

ABŞ-da federal böyük münsiflər heyəti xüsusi prokuror Robert Müllərin başçılığı ilə Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı aparılan istintaqda ilk ittihamı təsdiq edib.
 
İttihamlarla bağlı məlumat cümə günü mətbuatda yer alıb.
Böyük münsiflər heyətinin qərarı barədə ilk CNN cəbər verib. Mətbuat orqanını bəzi mənbələrə istinadən bildirib ki, ittiham olunan şəxs bazar ertəsi həbs oluna bilər. İttihamın nə olduğu isə hələ ki, məlum deyil.
CNN bildirib ki, Müllerin komandasında çalışan vəkillər cümə günü Vaşinqtonda böyük münsiflər heyətinin ifadələri dinlədiyi federal məhkəməyə daxil olarkən görülüb.
Müller istintaqla bağlı məlumatları gizli saxlayır.
O, may ayında FBI direktoru Ceyms Kominin işdən çıxarılmasında qısa müddət sonra Trampın seşki kampaniyasının Rusiya isə əlaqələrini araşdırmaq üçün xüsusi prokuror təyin olunub. Müller həmçinin prezidentin istintaqa müdaxilə edib-etmədiyini araşdırır.
Bundan əlavə istintaqda Rusiya biznesləri ilə Trampın seçki kampaniyasının üzvləri arasında mümkün maliyyə əlaqələri, habelə Trampın seçki kampaniyasının keçmiş sədri Pol Manafort və keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinin apardığı lobbi fəaliyyəti təhqiq edilir.
Müllerin istintaqından əlavə, üç Konqres komitəsi Rusiyanın seçkiyə müdaxiləsi ilə bağlı təhqiqat aparır.