Rusiyanın 7 kəşfiyyat zabitinə qarşı kriminal ittihamlar irəli sürülüb

Baxış sayı:
8869

ABŞ-ın Ədliyyə Naziriyi Rusiyanın 7 kəşfiyyat zabitinə qarşı kriminal ittihamlar irəli sürüb. Onlar Dünya Anti-Dopinq agentliyi, Ukrayna nəqliyyat sisteminə, 2016-cı il ABŞ prezidentlik yarışına və digərlərə hücumlarda günahlandırılır.

Baş prokuror yardımçısı Con Demers deyib ki, onlar Rusiyanın hərbi kəşfiyyat təşkilatının üzvləridir.

Bu 7 nəfər insanların şəxsi məlumatlarını ələ keçirməklə yanaşı, çirkli pulların yuyulmasında da günahlandırılır.

İyun ayında ABŞ Rusiyanın 5 təsisatı və 3 şəxsə qarşı sanksiyalar tətbiq edib. Onlar Rusiyanın kəşfiyyat nazirliyini kiber hücumlar vasitəsi ilə materiallar və texniki dəstəklə təmin etməkdə günahlandırılıb.

Maliyyə naziri Stiven Mnuçinin dediyinə görə, sansiyalara məruz qalanlar ABŞ və onun müttəfiqlərinin təhlükəsizliyənə hədə yaradıb.

Sanksiyalar qoyulmuş şirkətlərin üçü Rusiyanın kibernetik qüdrətinin artırılmasına və Moskvanın sualtı hərbi qabiliyyətinin gücləndirilməsinə xidmət etməklə Birləşmiş Ştatların və onun müttəfiqlərinin təhlükəsizliyinə hədə yaratmaqda ittiham edilir.