Rusiyanın 43 şəhərində xəstəlik epidemiya həddini aşdı

Baxış sayı:
10204

Rusiyanın regionlarında qrip və kəskin respiratorlu virus infeksiyası (KRVİ) ilə xəstələnmə halları artmaqda davam edir, 43 şəhərdə xəstəlik epidemiya həddini aşıb.
Muxalifet.az xəbər verir ki, bir həftə bundan əvvəl xəstəlik ölkənin 34 şəhərində epidemiya həddini keçmişdi.
Rusiyanın fevralın 4-dən 10-dək müşahidə edilən 61 şəhərində qrip və KRVİ-yə yoluxma halları həftəlik epidemiya həddindən orta hesabla 28,6 faiz yüksək idi. Bu həddin aşması 43 şəhərdə müşahidə edilib.
Ümumilikdə, qrip və KRVİ-yə yoluxma hallarının artma sürəti aşağı düşüb. Əsasən, Ural, Uzaq Şərq, Sibir və Şimali Qafqaz federal dairələrində xəstəliyə yoluxma halları məktəb yaşlı uşaqların sağalması ilə əlaqədar azalıb. Bununla belə, Cənub, Privoljye, Şimal-Qərb və Mərkəzi federal dairələrində böyüklər və uşaqlar arasında xəstəliyə yoluxma halları artıb.