“Rusiyanı tərk edəcək diplomatları ABŞ müəyyənləşdirəcək” - Peskov

 "ABŞ-ın diplomatik missiyasının hansı əməkdaşlarının Rusiyada işini dayandıracağına Vaşinqton qərar verəcək".
 
"RİA Novosti" xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu, ABŞ-ın seçimidir, burada həm diplomatlar, həm də texniki işçilər olacaq. Söhbət yalnız diplomatlardan getmir, bu qədər amerikalı diplomat Rusiyada, ümumiyyətlə, yoxdur. Söhbət diplomatlardan və qeyri-diplomatik statusu olan şəxslərdən, eləcə də yerində qəbul edilən, yəni orada işləyən Rusiya vətəndaşlarından gedir", - D.Peskov deyib.
Onun sözlərinə görə, humanizm naminə Moskvadakı səfirliyin əməkdaşlarına ölkəni tərk etmək üçün kifayət qədər vaxt verilmişdi.
Xatırladaq ki, Moskva ABŞ-ın diplomatik missiyasının 755 əməkdaşının Rusiyadan xaric edilməsi barədə qərar qəbul edib.