"Rusiyanı tənqid edən istənilən erməni çirkli dilini kəssin" - MARQARİTA SİMONYAN

Baxış sayı:
1582

Rusiyalı jurnalist, RT telekanalının baş redaktoru Marqarita Simonyan Rusiyanı "maraqlarına" xəyanət etməkdə ittiham etdiyinə görə erməniləri tənqid edib.

M.Simonyan bu barədə özünün Telegram kanalında yazıb.

Məşhur yazar bildirib: “İndi Rusiyanı tənqid etməyə cəsarət edən hər hansı bir erməni gedib çirkli dilini kəssin. Ermənistan vətəndaşları yalnız özlərini tənqid edə bilərlər. Erməni xalqının yeganə tarixi müdafiəçisi ilə mübahisə edərək bu müharibənin ilkin şərtlərini yaratmış milli bir xaini hakimiyyətə gətirdikləri üçün. Hanı onun sorosları, Dövlət Departamenti, Pentaqonu, Makronu.., başqa kim var? Sizi xəritədə tapa bilmirlər. Yerevanı tapa bilməyəcəklər, nəinki Stepanakerti (Xankəndini). O da ola kömək etmək. Hər bir erməni bir şeyi başa düşməlidir: Rusiya olmasaydı, artıq gələn həftə bütün Qarabağ itirilə bilərdi. Bütöv. Qarabağın rəhbərindən soruşun”./Virtualaz.org