Rusiyanı dəhşətli bank böhranı gözləyir

Hazırdı durumda bank böhranı “miqyaslı” olacaq. Bunu jurnalistlərə Rusiyanın ən iri banklarında olan Sberbank-ın rəhbəri German Qref bildirib. Bir qədər əvvəl Qref qeyd edib ki, neftin qiyməti uzun müddət 40 dollar səviyyəsində qala bilməz. Ancaq 60-70 dollar səviyyəsində bir neçə il qala bilər.

Qrefın sözlərinə görə, hazırkı şəraitdə neftin qiyməti 45 dollar səviyyəsində qalsa, Rusiya iqtisadiyyatı üçün bədbin proqnoz reallaşacaq.

Qref bildirib ki, Sberbank cari ildə digər banklarla müqayisədə daha kiçik ehtiyatlar formalaşdıracaq.

Sberbank rəhbərinin sözlərinə görə, artıq bir ildən sonra dövlətin iqtisadiyyatda payı “dramatik şəkildə” artacaq.

azadlıq.info