​Rusiyanı Avropadan bu 3 KİÇİK ÖLKƏ AYIRDI

Baxış sayı:
3874

Baltikyanı ölkələr 2004-cü ildə Rusiya ilə Avropa Birliyinin yaxınlaşmasına qarşı çıxdılar. Bu da sonradan bu ssenarinin tam ortadan qalxmasına səbəb oldu.
Muxalifət.az xəbər verir ki, bunu “Sputnik Fransa”ya müsahibəsində Fransanın Rusiyadakı keçmiş səfiri Klod Blanşmezon söyləyib.
"Rusiyanın Ümumavropa iqtisadi məkanına qoşulması 2000-ci illərin əvvəlində baş verə bilərdi. Vladimir Putin də bu təklifə razı idi. Danışıqlar 2003-cü ildə aparılırdı. Əsas çətinlik Avropa Komissiyasının “Qazprom”u monopol şirkət sayması idi. Yeni çətinlik isə 2004-cü ildə AB-yə Baltikyanı ölkələrin üzvlüyü ilə yarandı. Onlar Rusiya ilə yaxınlaşmaya qarşı çıxdılar”, – deyə o bildirib.