​Rusiyalılar kimə səs verəcək? - SORĞU

Baxış sayı:
4447

Rusiyalıların 63 faizindən çoxu martın 18-də keçiriləcək prezident seçkilərində iştirak edəcəkləri təqdirdə, Vladimir Putinə səs verəcəklərini bildirib.
Muxalifet.az “RİA Novosti” –yə istinadən xəbər verir ki, “İctimai fikir”fondunun keçirdiyi sorğunun nəticələri bunu əks etdirir.  
“İctimai fikir” fondu – Rusiyada sosioloji araşdırmalarla ilə məşğul olan qeyri-hökumət təşkilatıdır.
Sorğuda əsas sual “prezident seçkilərində iştirak etsəz, hansı namizədə səs verəcəksiniz?” sualı olub.
Respondentlərin 63,5 faizi hazırki Rusiya prezidenti Vladimir Putinə, 7,3 faizi Liberal Demokratlar partiyasının lideri Vladimir Jirinovskiyə, 6,2 faizi isə Rusiya Kommunist partiyasının nümayəndəsi Pavel Qrudininə səs verəcəklərini bildirib.
Anoloji sayda respondentlər (6,2 faiz) seçkilərdə ümumiyyətlə iştirak etməyəcəklərini bildirib. Sorğuda iştirak edənlərin 13,3 faizi isə ümumiyyətlə suala cavab verməkdə çətinlik çəkib.
Rusiyanın “Vətəndaş təşəbbüsü” partiyasından olan qalmaqallı namizəd Kseniya Sobçakı isə respondentlərin yalnız 1,1 faizi dəstəkləyib.