Rusiyalı zabit Suriyada həlak oldu

Afanasov Suriyanın quru qoşunlarının şəxsi heyətinin təlimi ilə məşğul olurmuş
 
Rusiyanın Müdafiə Nazirliyi hərbi müşavir Nikolay Afanasovun Suriyada silahlıların minaatandan açdığı atəş nəticəsində həlak olması barədə məlumat yayıb.
Bu barədə "RİA Novost" məlumat verib.
"Həma vilayətində silahlıların Suriya hökumət qüvvələrini gözlənilmədən minaatandan atəşə tutması nəticəsində rusiyalı hərbi müşavir, kapitan Nikolay Afanasov həlak olub" – deyə nazirlikdən bildirilib.
Qeyd olunur ki, Afanasov Suriyanın quru qoşunlarının şəxsi heyətinin təlimi ilə məşğul olurmuş. O, ölümündən sonra dövlət mükafatı ilə təltif edilib.