Rusiyalı qapıçı gülməli vəziyyətə düşdü - VİDEO

Baxış sayı:
1836

İsveçrənin “Sion” klubunun rusiyalı qapıçısı Anton Mitryuşkin “Bazel”ə qarşı oyunda gülməli vəziyyətə düşüb.
Hesab 2:1 “Bazel”in xeyrinə olarkən “Sion”un müdafiəçisi Yan Bamert qapıçıya ötürmə verib, A.Mitryuşkinə isə topu ayağının altından buraxıb və nəticədə qol qeydə alınıb. “Twitter” istifadəçiləri bunu “dəhşətli qol” adlandırıblar.
Oyun “Bazel”in 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 23 yaşlı A.Mitryuşkin 2016-cı ilin fevralında Moskva “Spartak”ından “Sion”a keçib.