​Rusiyalı politoloqdan SENSASİON AÇIQLAMA: “Qarabağla bağlı yeni saziş hazırlanır”

Baxış sayı:
10444

Azərbaycan və Ermənistan liderlərinin görüşü fonunda ATƏT-in Minsk qrupunun son aylardakı passivliyi ictimaiyyətə açıqlanmayan işçi layihənin olmasına sübutdur.
Muxalifet.az avropa.info-ya istinadən xəbər verir ki, bu barədə NEWS.am-a müsahibəsində Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert, rusiyalı politoloq Stanislav Tarasov danışıb. O, ATƏT-in Minsk qrupunun ikinci plana atıldığını qeyd edib.
Politoloqun sözlərinə görə, buna sübut kimi Azərbaycan və Ermənistan XİN başçılarının dörd görüşünü və iki ölkə liderinin guya ATƏT-in Minsk qrupunun koordinasiyası ilə keçirilən görüşünü göstərmək olar:
“İki ölkənin XİN başçıları görüşü fonunda ATƏT-in Minsk qrupunun yeni statusunun müəyyənləşdirildiyini çox az adam fərq etdi. Ermənistan xarici işlər naziri “Biz Məmmədyarovla razılığa gəlirik, çünki təkliflərimizə ATƏT-in Minsk qrupunda baxılır” bəyan etmişdi. Yəni onlar ATƏT-in Minsk qrupunun bunu qeydiyyatdan keçirməsi barədə sövdələşirlər. Əvvəllər Minsk qrupu belə ssenarilər, təkliflər və planlar ilə çıxış edirdi, tərəflər isə onları ya qəbul edir, ya da etmirdi”.
Tarasovun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Düşənbə, Sankt-Peterburq və Davosda ATƏT-in Minsk qrupunun formatında kənarda baş tutmuş üç şəxsi görüşü bunu təsdiq edir. Politoloqun fikrinə görə, iki ölkə liderinin Düşənbədə görüşü işə yaradı, belə ki, atəşkəs xəttində gərginlik azaldı və operativ rabitə işləməyə başladı.
“Lakin ssenari pozulmağa başladı və ATƏT-in Minsk qrupunun münaqişə bölgəsinə qayıdaraq, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün anonsunu verdi. Tehranda isə Paşinyan sensasiyalı açıqlama verərək, Əliyevlə görüşlərin danışıqlar olmadığını, Əliyevlə ilk imkanda görüşmək üçün razılığa gəldiklərini açıqladı. Sual yaranır, Əliyevlə Paşinyan daha bir kəs görüşmək barədə razılığa gəliblərsə, ATƏT-in Minsk qrupunun bura nə dəxili? Əgər tərəflər görüşməyə hazırıq deyirsə, deməli, onların müzakirə edib ictimaiyyətə açıqlamadığı hansısa işçi layihə, işçi saziş var. Və bu aşkardır” – Tarasov deyib.
Politoloqun sözlərinə görə, tərəflərin mövqeyi və məntiqi uyğunsuzluğu hansısa layihənin olduğu haqda fikirlərə yönəldir:
“Görünür, Azərbaycan hesab edir ki, ATƏT-in Minsk qrupundan yan keçərək, Əliyev və Paşinyan hansısa kompromis əsaslarda razılığa gələcəklər. İndi isə təşəbbüs əvvəlki gündəmi təqdim edən ATƏT-in Minsk qrupuna keçir”.
Tarasovun sözlərinə görə, əgər Bakı Qarabağ məsələsi üzrə dəyişilməz siyasətini davam etdirsə, Qarabağ mövqeyinə görə əvvəlki iqtidarı tənqid edən Ermənistanda hakimiyyətə gələn yeni qrup Qarabağ məsələsinin həlli ilə bağlı nə isə yeni şey deməlidir:
“Onlar isə ATƏT-in Minsk qrupu çərçivəsində köhnə danışıqlar formatına qayıtdılar. Belə bir təsəvvür yaranır ki, İrəvan Qarabağ məsələsi ilə bağlı öz ssenarisini hazırlamayıb. Paşinyanın hansısa konstruktiv yanaşma göstərməsi ilə bağlı rəsmi Bakının müəyyən ümidləri vardı. Biz indi hansısa pərdəarxası yeni ssenarinin pozulmasını müşahidə edirik. Pauza yaranıb və onu doldurmaq üçün ATƏT-in Minsk qrupunun danışıqlar prosesini saxlamağa qərar verdilər” – Tarasov deyib.