​RUSİYALI OLİQARXLAR BİR GÜNDƏ 12 MİLYARD İTİRDİLƏR - Dollar sürətlə bahalaşır, şirkətlər iflas edir

Baxış sayı:
2527

Xəbər verdiyimiz kimi, ABŞ-ın ötən həftənin sonunda tətbiq etdiyi sanksiyalar nəticəsində bu gün səhər saatlarından etibarın Rusiya şirkətlərinin fond birjalarındakı səhmləri sürətlə ucuzlaşır.
Ötən həftə ABŞ hökumətinin prezident Vladimir Putinə yaxın bir qrup oliqarxa, habelə bəzi məmurlara və şirkətlərə qarşı tətbiq etdiyi sərt sanksiyaların təsiri altında Rusiya rublu kəskin dəyər itirməyə başlayıb. Moskva valyuta birjasında dolların və avronun rubla nisbətdə məzənnələri son bir neçə ayın ən zirvə nöqtəsinə çatıb. Hazırda 1 dollar 60,5 rubla, 1 avro isə 74,5 rubla satılır.
“Mash” telegram-kanalıxəbər verir ki, yalnız bu gün Rusiyanın ən varlı 50 oliqarxının varidatı 12 milyard dollar azalıb.
Sanksiyalar fonunda səhmlərin və Rusiya rublunun sonrakı günlərdə də ucuzlaşması istisna edilmir.
234618_res_01 nalitiklər qeyd edirlər ki, bu bahalaşma dolların 80 rublu keçdiyi 2014-cü il və 2016-cı ilin yanvarını xatırladır. Ucuzlaşmanın qarşıdakı günlərdə də davam edəcəyi istisna deyil. Çünki ABŞ Suriya rejiminin şərqi Quta qəsəbəsində kimyəvi silah işlətməsinə cavab olaraq Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyi haqda xəbərdarlıq edib.
Xatırladaq ki, bu gün səhərdən etibarən Moskva birjalarında indekslər 11 faizə qədər aşağı düşüb. Rusiyanın əksər iri sənaye şirkətlərinin, habelə VTB-Bankın və “Sberbank”ın səhmləri kəskin ucuzlaşıb.
234619_srcABŞ hökumətinin ötən həftə elan etdiyi sanksiyalardan sonra Rusiyanın aliminium nəhəngi “Rusal” sürətlə batır. Virtualaz.org xəbər verir ki, bu gün hərraclar başlayan kimi şirkətin səhmləri bütün birjalarda kəskin dəyə itirməyə başlayıb.
Moskva Fond Birjasında hərracların ilk saatlarında “Rusal”ın səhmləri 47 faizə qədər dəyər itirib. Öz növbəsində “Rusal”ın sahibi səhmlərinin 48 faizinin, milyarder Oleq Deripaskanın “EN+Group” korporasiyasının səhmləri 23 faizə yaxın dəyərdən düşüb.
Moskva Fond Birjasında eyni zamanda Rusiyanın digər sənaye nəhənglərinin də səhmləri ucuzlaşmağa başlayıb. Habelə birja indeksi 3 faizdən çox aşağı düşüb. “Nornikel”in səhmləri 7.5 faiz, “Qazprom neft”in səhmləri 4.6 faiz, “Sberbank”ın faizi 4.3 faiz, “Qazprom”un özünün səhmləri 4.2 faiz dəyər itirib.