​Rusiyalı məmurun güllələnmə anı - VİDEO

Baxış sayı:
9091

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində yerli elektrik şəbəkəsinin direktor müavini Dmitri Şevelyov güllələnib. 
Ural56.ru hadisənin müşahidə kamerasına düşmüş görüntüsünü yayımlayıb.
Kadrlarda evinə qayıdan Şevelyovun onu pusan naməlum şəxs tərəfindən lüləsi kəsilmiş tüfənglə güllələndiyini görmək olur. Məmur qaçaraq xilas olmağa çalışsa da, “killer” onu arxadan güllələyir, daha sonra yaxınlaşaraq daha bir neçə dəfə atəş açır və aradan çıxır.
Rusiyanın İstintaq komitəsinin regional idarəsinin məlumatına görə, sui-qəsd yerli vaxtla 08:00 radələrində (Bakı vaxtı ilə 6:00) Korolenko küçəsində həyata keçirilib.
İnsidentlə əlaqədar cinayət işi açılıb. Qatilin kimliyini müəyyən etməyə çalışan müstəntiqlər müxtəlif versiyaları nəzərdən keçirir.