​Rusiyalı məmurdan İrəvanda Azərbaycanla bağlı ŞOK AÇIQLAMA

Baxış sayı:
11074

Rusiya baş nazirinin müavini Yuri Borisov Azərbaycanın Kollketiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmasına pis baxmadıqlarını bildirib.
O bu barədə İrəvanda olarkən deyib.
“Bu tək Azərbaycana aid deyil. KTMT bütün keçmiş sovet respublikaları ilə əməkdaşlığa hazırdır. Hamımız nə vaxtsa, bir ailə olmuşuq. Ortaq cəhətlərimiz çoxdur. KTMT bütün ölkələrlə, ö cümlədən, Azərbaycanla düşünülmüş xarici siyasət yürüdür”-deyə Borisov deyib.
Bunun yanaşı, Yuri Borisov yeni üzvlərin kollektiv qərar əsasında verildiyini xatırladıb. O, KTMT-a üzv ölkələr arasında dövlətlərarası hərbi-iqtisadi əməkdaşlıq üzrə komissiyanın XVII iclasında qatılmaq üçün  Yerevana gəlib.  
Rusiyalı hökumət rəsmisinin açıqlaması Yerevanda ciddi narazılıq doğurub. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildir. (modern.az)