Rusiyalı idmançılar Gürcüstana getməkdən imtina etdi

Baxış sayı:
13390

Rusiya Reqbi Federasiyası avqustun 27-də Tbilisidə keçiriləcək oyunda iştirakdan imtina edib. Federasiya bunu rusiyalı millət vəkillərinin Gürcüstana gəlməsindən sonra ölkədə yaranan ictimi-siyasi vəziyyətlə əlaqələndirib. "Rusiya Reqbi Federasiyası Gürcüstanda, xüsusilə də Tbilisidə baş verən hadisələrlə əlaqədar dərin narahatlıq keçirir. Təəssüf ki, Gürcüstan ərazisindəki insanların ritorikası ictimai qayda-qanunun pozulmasına və bu ölkədəki insanların həyatına təhlükə yaranmasına səbəb olur. Yaranmış vəziyyətlə əlaqədar olaraq Rusiya Reqbi Federasiyası Gürcüstanla Rusiya arasında keçiriləcək oyunun, böyük ehtimal ki, baş tutmayacağını bildirir", - deyə federasiyanın bəyanatında qeyd olunub.