Rusiyalı hərbçi Ukraynada əsir düşüb

Hadisə Luqansk vilayətinin Slavyanoserbski rayonunun Jelobok kəndi ərazisində qeydə alınıb
 
Rusiyalı hərbçi Ukraynanın şərqində əsir düşüb.
Bu barədə Ukrayna Müdafiə Nazirliyi və Ukrayna 93-cü mexanikləşdirilmiş briqada komandanlığına istinadən BBC məlumat yayıb.
Ukrayna KİV-ləri Rusiyanın daha bir hərbçisinin ölüdüyünü yazıb.
Məlumata görə, 1995-ci il təvəllüdlü kəşfiyyatçı Viktor Aqeyev iyunun 24-də Luqansk vilayətinin Slavyanoserbski rayonunun Jelobok kəndi ərazisində 93-cü mexanikləşdirilmiş briqada və qondarma "Luqansk Xalq Respublikası" 2-ci ordu korpusunun 4-cü mexanikiləşdirilmiş briqadasının kəşfiyyat qrupu arasında baş verən toqquşma nəticəsində əsir düşüb.