Rusiyalı erməni politoloq: “PAŞİNYAN BAŞ NAZİR KİMİ HEÇ NƏYİ DƏYİŞƏ BİLMƏYƏCƏK” – TƏHLİL

Baxış sayı:
2653

Keçmiş SSRİ-nin daha bir ölkəsində hakimiyyət kütləvi etirazlar yoluyla dəyişilir. Nikol Paşinyan artıq ən yaxın günlərdə Ermənistanın yeni başçısı olacaq. Hakimiyyətin inqilabla dəyişdirilməsi nəyə gətirib çıxaracaq – respublikanın çiçəklənməsinə, yoxsa bundan sonra da böyük dövlətlərin kölgəsində sürünməyə?
Ermənistandakı dünya üzrə çoxsaylı erməni diasporundan xeyli çox olan ermənilərin əksəriyyəti “dinc inqilab”la çox qürurlanır. Guya, xalq hakimiyyətin dəyişilməzliyi və korrupsiyalaşmasına qarşı qalxıb, yekunda keçmiş başçı Serj Sərkisyan baş nazir vəzifəsindən gedib, etirazlara başçılıq edən Nikol Paşinyan isə bu günlərdə hökumət başçısı seçiləcək. Hələ də hakim Respublika Partiyası deputatlarının yardımıyla – axı balaca fraksiyanın lideri gərəkən səs sayını özgə cür necə toplayar? Hər şeyə əsasən, hər şey artıq bu başdan həll olunub: Paşinyanı yenidən baş nazirliyə irəli sürəcəklər, hakim partiya deputatları isə onu dəstəkləməyə söz veriblər.
Xalq etirazının qələbəsi ermənilərə xoş gəlir. Yeni qibləgaha böyük ümidlər bəslənir. Paşinyanın nəinki ölkəni, heç olmasa, mağazanı yönəltmək üçün heç bir təcrübəsi olmadığı barədə xəbərdarlıqlar eşidilir, amma bunun heç bir önəmi yoxdur. Qibləgah ona görə qibləgahdır ki, ona valeh olsunlar. Paşinyanın partiyası bir il qabaq səslərin 8%-ni alıbsa, onda ən yaxın aylara təyin ediləcək növbədənkənar seçkilərdə indi böyük inam kreditinə ümid bəsləyə bilər. Amma güman etmirəm ki, böyük əksəriyyəti (50%) əldə edəcək, nisbətən tam ümidli ola bilər. Onun partiyası 30-40 faiz yığsa və Ermənistanda ən böyük olsa, onda koalisiya tərəfdaşı tapmaq çətin olmayacaq. Yəqin ki, böyüklüyünə görə hazırda parlamentdə ikinci fraksiya və “xalqın tərəfinə keçdiyini” elan edən “Çiçəklənən Ermənistan” yeni hökumətin dayanıqlığını təmin etməyə yardım göstərər.
Beləliklə, Nikol Paşinyan Ermənistanın hətta ötəri, yəni seçkilərə qədərki dövrdə deyil, davamlı rəhbəri ola bilər.
Bu, respublikaya və onun Rusiya ilə münasibətlərinə necə təsir edəcək? Ən ziddiyyətlisi budur ki, heç cür. Məsələ bundadır ki, Paşinyan yaxşı, ya pis adam, ədalət uğrunda mübariz, ya da sırtıq demaqoq ola bilər – bütün bunların Ermənistan üçün heç bir prinsipial önəmi yoxdur. Çünki onun bir neçə əsaslı çətinliyi var.
İş burasındadır ki, Ermənistan tipik baş tutmamış dövlətdir. O, SSRİ çərçivəsində yaşadıqca, dövlət əlamətli muxtariyyət olarkən bunu nə ermənilər, nə də çevrədəkilər hiss edirdilər. SSRİ-nin dağılmasıyla hər şey dəyişildi – ermənilər müstəqil, özü də döyüşən dövlətdə göründülər. Bunda onları kimsə təqsirləndirməyib. Həm SSRİ-nin dağılması, həm də əsasən ermənilərin məskunlaşdığı Qarabağı qonşu Azərbaycandan qopmaq cəhdləri İttifaqın laxlamasında fəal iştirak edən Ermənistan əhalisinin bütünlükdə arzusuna cavab verirdi.
Müstəqillik Ermənistana bəla və məyusluq gətirdi. Qarabağı qorumaq mümkün olsa da, balaca respublikanın düşdüyü mühasirə yaşayış səviyyəsinin fəlakətli süqutuna və əhalinin xaricə axmasına gətirdi. Bir çox dəyərləndirmələrə görə, əhalinin üçdəbirinə qədəri gedib. Belə ki, guya, Ermənistanda yaşayan indiki 3 milyona az adam inanır. Daha dəqiqi, onlar orada qeydiyyatdadır və ilin böyük dövrünü Rusiyada – iş olan və erməni diasporunun olduğu ərazidə yaşayırlar. Onların köçürmələri və maaşları respublika büdcəsinin ən önəmli hissəsidir. Mövsümçülər respublikada qalmış qohumlarını dolandırırlar. Əlbəttə, təkcə onlar deyil – ABŞ və Farnsadan diaspora, ermənilərin yaşadıqları onlarla başqa ölkələrdən də pul göndərilir.
Bir də Ermənistanın özündə də hansısa işlər var. Və oliqarxlar var – ən gözədəyəni böyüklüyünə görə ikinci “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Sarukyandır. Eyni zamanda artıq iyirmi ildir respublikanı Qarabağ tayfası yönəldir – bunlar Azərbaycandan döyüşlə alınmış Qarabağın passionar və məqsədyönlü təmsilçiləridir. Aydındır ki, hər bir Şərq ölkəsindəki kimi, hər şey ailəçilik və qəbiləçilik prinsipi üzrə qurulub. Və korrupsiya onsuz da güclü, işsizliyin və varlı və yoxsullara bölünən təbəqələşmənin doğurduğu sosial gərginliyi gücləndirir.
Ermənilərin öz siyasi səviyyələrindən dilxorluğu hələ 90-cı illərdən başlamış və 1999-cu ilin oktyabrında parlamentdə ölkənin bütün rəhbərliyinin güllələnməsiylə bitmişdi. O vaxt təkcə baş nazir deyil, həm də sovet Ermənistanının çoxillik rəhbəri, parlamentin spikeri Karen Dəmirçiyan qətlə yetirilib. (Qarabağın keçmiş rəhbəri) prezident Köçəryanın  mövqeləri məhz həmin gülləborandan sonra möhkəmlənib və qarabağlıların idarə etməyi başlanıb. Bu, indi başa çatır və yeni hakimiyyət Paşinyanın rəhbərliyi altında təkcə hökumət kabinetləri və pul axınlarını deyil, həm də əmlakı bölmək niyyətində olsa, onda ölkə haqq-hesab çəkməyə və iğtişaşlara batacaq.
Bu bildirmir ki, Ermənistanda heç nəyi dəyişmək olmaz – əksinə, qayda-qanun yaratmaq gərəkdir. Və Paşinyanın korrupsiyaya qalib gəlməyi, xalqa düz və açıq hökumət təşkil etməyi, milli məhsulun daha ədalətli bölgüsü və iqtisadi artımı təmin etməyi baş tutsa, çox yaxşı olacaq. Amma məsələ bundadır ki, o bütün bunlara kiminlə nail olacaq? Oliqarx Sarukyanın partiyasıdırsa, onda lap pis olacaq. Əgər özü etsə, onda bu qədər düzgün və sınanılmış adamı haradan yığacaq?
İstənilən halda, Ermənistanın sərt məhdudiyyəti var – bu, Qarabağdır. Ermənilərin hamısı anlayır ki, öz ararlarında münasibətlərin aydnlaşdırılmasına, təmizləmələrə və əmlakın bölgüsünə çox möhkəm uysalar, onda qəbilə davasına yuvarlanarlar. Və belə bir münaqişə Azərbaycan üçün Qarabağda öz mövqelərini yaxşılaşdırmağa çox gözəl bəhanə olacaq…
Belə ki, Paşinyanın bütün Ermənistanı radikal şəkildə yenidənqurma variantına keçidi praktik olaraq ağlasığmazdır – risklər həddindən çoxdur. Rusiyaya yönəlməkdən imtina variantı da eynən ağlasığmazdır – SSRİ dağılandan və ardınca blokadadan sonra ermənilər başa düşüblər ki, onlar Rusiyaya lazım deyillər, Rusiya onlara lazımdır. Ermənistanın Rusiyaya iqtisadi, geopolitik, mədəni və başlıcası, hərbi bağlılığı elədir ki, Avrasiya Birliyindən və xüsusən də KTMT-dən çıxmaqdan heç bir söhbət ola da bilməz – nə Rusiya, nə də Ermənistanın özü üçün.
Ermənistan Rusiya üçün isə elə, haradasa, Qırğızıstanın tutduğu yeri tutur. O da müttəfiqdir, o da keçmiş SSRİ-nin balaca respublikasıdır və oradan Rusiyaya qazanca xeyli adam gəlir. Yeri gəlmişkən, son on beş ildə Qırğızıstanda bir deyil, bir neçə “xalq inqilabı” olub və heç nə – bu, Bişkekin Moskvaya yönəlməsinə heç cür təsir etməyib…
Tərcümə Strateq.az-ındır.