​Rusiyalı diplomatlar Litvanı tərk etdi

Baxış sayı:
5266

“Skripal işi” ilə bağlı beynəlxalq qalmaqal fonunda Litva hökumətinin persona non qrata elan etdiyi üç Rusiyalı diplomat ölkəni tərk edib.
Muxalifet.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Təyin olunmuş müddət ərzində səfirliyin üç əməkdaşı Litvanı tərk edib” deyə Rusiya səfirliyinin bəyanatında qeyd olunur.
Xatırladaq ki, bundan əvvəl ABŞ, Böyük Britaniya və bir sıra Avropa İttifaqı dövlətləri rusiyalı diplomatların ölkədən qovulması haqqında bəyanat yayıb.
Martın 26-da Polşa, Ukrayna, Litva və digər ölkələr də bu kampaniyaya qoşularaq Rusiyalı diplomatlar haqqında analoji qərarlar qəbul edib.