​Rusiyalı diplomatı öldürən şəxslə bağlı - Qərar

Baxış sayı:
6502

İraqda 2006-ci ildə rusiyalı diplomatı öldürməkdə ittiham edilən terrorçu edam cəzasına məhkum edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə İraqın Cinayət Məhkəməsi qərar çıxarıb.
İraqın Ali Məhkəmə Şurasının sözçüsü Abdel Səttar da məsələ ilə bağlı açıqlamasında terrorçunun həmçinin silahlı bir qrupla birlikdə dörd əcnəbinin qaçırılmasında günahlandırıldığını bildirib.
Qeyd edək ki, 2006-cı ilin 3 iyununda Rusiyanın Bağdaddakı əməkdaşlarına qarşı hücum edilmiş, nəticədə də rusiyalı diplomat Vitali Titov, səfirliyin üçüncü katibi Fiyodor Zaitsev və diplomatik missiya əməkdaşları Rinat Aqliulin, Anatoli Smirnov və Oleq Fedoseev öldürülüb.