​Rusiyalı diplomatdan çağırış: Onu dərhal azadlığa buraxın!

Baxış sayı:
8440

“RİA Novosti”nin Ukrayna bürosunun baş redaktoru Kirill Vışinskin dərhal azadlığa buraxılmalıdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiyanın ATƏT-dəki nümayəndəsi Aleksandr Lukaşeviç deyib.
“Ukraynanın vicdanlı jurnalistlərə qarşı təzyiqləri artdı. 15 maydan Vışinski saxlanıldı. Rusiyalı jurnalist Ukraynadakı həqiqətləri çatdırdığı üçün cəzalandırıldı”, - deyə Lukaşeviç bildirib.
Qeyd edək ki, bu gün Vışinski Ukraynanın Xerson bölgə məhkəməsi tərəfindən 2 ay müddətinə azadlıqdan məhrum edib.