​Rusiyalı deputat: Hörmət etdiyimiz Türkiyə...

Baxış sayı:
5983

“Patriot” raketinin satın alınması Türkiyənin daxili məsələsidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Dumasının Müdafiə Komitəsinin rəhbər müavini Yuri Şvitkin deyib.
“Türkiyə bunları dəyərləndirməlidir. Bu, hörmət etdiyimiz ölkənin daxili işidir. Lakin Rusiyanın raket sistemləri, xüsusilə S-400 “Patriot”dan daha üstündür”, - deyə Şvitkin bildirib.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin Müdafiə Əməkdaşlığı və Təhlükəsizliyi İdarəsinin yaydığı məlumata görə ABŞ Türkiyəyə ümumi dəyəri 3,5 milyard dollar olan “Patriot” zenit raket sistemlərinin satılması haqqında qərar qəbul edib.