RUSİYADAN "YAŞIL İŞIQ": Türkiyə ilə birgə vertolyot istehsal edə bilərlər

Baxış sayı:
8245

“Rusiya vertolyotları” holdinqinin baş direktoru Andrey Boqinski ölkəsinin Türkiyə ilə birgə vertolyot istehsal eləməsinin mümkün olduğunu bildirib. O, həm də Türkiyədə istehsal edilən vertolyot hissələrindən istifadə olunmaqla Rusiya vertolyotu hazırlana biləcəyini söyləyib.
Boqinski, Türkiyənin hərbi vertolyot istehsalında uğurlu təcrübəyə malik olduğunan xəbərdar olduqlarını deyib: “Biz bunu mülki sahədə də istifadə edilə biləcək potensial hesab edirik. Türkiyədə istehsal edilmiş hissələrdən hazırlanan Rusiya vertolyotlarını Türkiyənin ciddi iqtisadi və ticarət əlaqələri olan ətraf ölkələrin bazarlarına ixrac edə bilərik”.