​Rusiyadan yalan bomba xəbərlərilə bağlı ŞOK TÜRKİYƏ İDDİASI

Muxalifət.az xəbər verir ki, Rusiyanın Daxili İşlər Nazirliyinin Moskva şöbəsinin başçısı Oleq Baranov iki ay ərzində Moskvadakı bir çox müəssisədə əsli olmayan bomba xəbəri verildiyini və məsələ ilə bağlı 13 cinayət işinin açıldığını deyib.
Baranov yalan xəbərlərin böyük əksəriyyətinin VoİP sistemi ilə verildiyini bildirib. Gələn xəbərlərin böyük bir qisminin oxşar mətnlərlə verildiyini bildirən Baranov eyni zamanda oxşar cihazlardan istifadə edildiyini deyib. Onun dediyinə görə, xəbərlərin çoxu Türkiyə, Ukrayna, ABŞ və  Yaponiyadan verilib: “Bu vəziyyət yalan xəbərlərin qarşısını almaq üçün tədbir görməyimizə mane olur”.
Moskvadakı Regional təhlükəsizlik və korrupsiya ilə mübarizə idarəsinin rəhbəri Vladimir Çernikov da sentyabr ayından bəri Moskvada yalan bomba xəbərləri ucbatından 564 müəssisənin boşaldıldığı, 2017-ci ilin noyabr ayı ərzində 9564 yalan bomba xəbəri aldıqları xəbərini verib.
Vladimir Çernikov Moskvada keçirilən Duma iclasında bildirib ki, insanların çox olduğu ərazilərlə bağlı 184 min, təhsil müəssisələri ilə bağlı 29 min, otel və pansionatlardan 13 min, dövlət müəssisələri ilə bağlı 9 min və qatar stansiyaları ilə bağlı 18 minə qədər xəbər aldıqlarını bildirib.