Rusiyadan Türkiyəyə QALMAQALLI PKK/ PYD cavabı

 Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Boqdanov Ankaranın Suriya Milli Dialoq Konqresinə PYD-nin qoşulmasına qarşı çıxmasına dair qalmaqal bəyanat verib.
 
Jurnalistlərə açıqlama verən Boqdanov "Türk tərəfdaşlarımızla hər zaman görüşürük. Suriya Demokratik Qüvvələriin bütün tərəflərinin və Suriyadakı digər Kürd təşkilatlarının da suriyalı olduğu fikrini əsas tuturuq. Bu Kürdlər Suriyanın vətəndaşıdırlar, Türkiyənin deyil. Bu səbəblə də ayrı-seçkiliyin aparılması hesab edirəm ki, doğru deyil" deyib.
Boqdanov "Suriya Milli Dialoq Konqresinə ölkədəki Kürdlər, Ərəblər və müxtəlif məzhəblərin nümayəndələri də daxil, bütün etnik və məzhəb qruplarının yer almasınnın tərəfdarıyıq" deyə, söyləyib.
Boqdanov həmçinin Konqresin birdəfəlik tədbir olub, olmayacağı istiqamətində də hələ ki, bir qərarın olmadığını bildirib.
Müxalifət.az