Rusiyadan Türkiyəyə çağırış: “Bunu bacararıq”

Baxış sayı:
10930

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rus və Türk ordularının varacağı anlaşma sayəsində Suriyanın İdlib şəhərindəki vəziyyətin tərsinə dönə biləcəyini deyib.
 
İdlibdəki vəziyyətə toxunan Mariya Zaxarova, “Rusiya və Türkiyə Müdafiə Nazirliyinin nümayəndələri 17 sentyabr 2018-ci il tarixli İdlibə dair Soçi anlaşmasının təsirli və qüsursuz olaraq yerinə yetirilməsi məqsədilə bir sıra tədbir üzərində anlaşma təmin olunmasına yönəlik fəal iş aparıb. İki ölkənin orduları arasında varılan anlaşmaların həyata keçirilməsi nəticəsində İdlib və ətrafındakı vəziyyəti tərsinə çevirməyi və sabitliyi təmin etməyi, habelə bu bölgədən yüksələn terror təhdidini aradan qaldıra biləcəyimizi düşünürük" deyib.
Müxalifət.az