​Rusiyadan Türkiyənin ünvanına kürdlərlə bağlı — ŞOK AÇIQLAMA

“Rusiya Türkiyə ilə münasibətlərini korlamaq istəmir. Lakin bu Rusiyanın Suriyadakı kürdlərə münasibətini dəyişməyəcək. Çünki onlar Türkiyənin yox, Suriyanın vətəndaşlarıdır”.
Muxalifet.az  xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov jurnalistlərə açıqlamasında deyib. Nazirlik rəsmisi onu da vurğulayıb ki, Rusiya PYD kürd təşkilatının da Suriyanın gələcək taleyilə bağlı toplantılarda iştirakını vacib bilir.
“Biz Suriya məsələsində həmişə Türkiyəni vacib tərəfdaş kimi görürük. Həmişə türkiyəli mütəxəssislərlə birgə bu problemdən xilas yollarını axtarırıq. Lakin Suriya münaqişəsinin həllində PYD və digər kürd qruplarının da iştirakı vacibdir. Türkiyə bunu istəməsə belə, kürdlər bu danışıqlarda iştirak edəcəklər. Çünki həmin kürdlər Türkiyənin deyil, Suriyanın vətəndaşlarıdır. Suriya danışıqlarında, kürd, ərəb və digər etnik qruların iştirakını dəstəkləyirik”, - deyə M.Boqdanov bildirib.