Rusiyadan “Türkiyə” açıqlaması

Baxış sayı:
9316

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, İdlibdəki vəziyyət üzündən hələ də çox narahat olduqlarını deyib.
 
İdlibdəki Əl-Qaidə ilə əlaqəli qrupların, Cirin qəsəbəsində Əsəd rejiminin ordusuna qarşı ötən həftə təşkil etdiyi hücumda 18 əsgərin öldüyünü yada salan Zaxarova, belə davam edib: "Bunun kimi qanlı təxribatlar, Türk tərəfinin Rusiyaya imzaladığı 17 sentyabr tarixli memorandumu (Soçi razılığı) yerinə yetirməyə yönəlik ciddi səylərinə baxmayaraq İdlibdə tərksilah edilmiş zona yaradılması sahəsindəki çətinliklərin hələ də davam etdiyini göstərir".
Qeyd edək ki, Soçidə imzalanan anlaşmaya görə, radikal terrorçu təşkilatların 15 oktyabra qədər İdlibdəki tərksilah edilmiş bufer zonadan çıxarmaq lazım idi. Ancaq müddətin dolmasına baxmayaraq bu təşkilatların üzvlərinin hamısı buradan çəkilmiş deyil.
Buna görə də Rusiya lideri Vladimir Putin də daxil olmaqla, Rusiya rəsmiləri, Türkiyənin, razılaşmanın bölgədə həyata keçirilməsi üçün əlindən gələni etdiyinə və bunun asan iş olmadığını qeyd edir.
Müxalifət.az