​Rusiyadan Trampın "ən yaxşı silah" sözlərinə - Reaksiya

Rusiya baş nazirinin müavini Dmitri Roqozin ABŞ Prezidenti Donald Trampın ən yaxşı hərbi təchizatı öz ölkəsinin istehsal etdiyi istiqamətindəki iddiasına istehza ilə yanaşıb.
Muxalifet.az xəbər verir ki, Roqozin məsələyə Tvitter hesabında münasibət bildirib.
"Əminəm ki, elədir", - deyə Roqozin Tvitter hesabında Trampın sözlərinə istehza ilə reaksiya verib.
Qeyd edək ki, Yaponiya səfərində olan Tramp ən yaxşı silahları ölkəsinin istehsal etdiyini bəyan edib.