Rusiyadan sərt addım: 7 DİPLOMAT DEPORTASİYA EDİLDİ

Rusiya 5 moldovalı diplomatın ölkədən deportasiya edilməsi barədə qərar verib.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib.
Bəyanatda bildirilir ki, 31 mayda Moldova səfirliyinin müşaviri Nikolay Mıyinya Xarici İşlər Nazirliyinə çağırılıb və ona 29 mayda 5 rus diplomatın Kişniyovdan göndərilməsinə qarşılıq Moskvadakı 5 moldovalı diplomatın arzuolunmaz şəxs elan edildiyi barədə nota verilib.
Qeyd edək ki, Moldova 5 rus diplomatı arzuolunmaz şəxs elan edib. Ölkə Prezidenti Dodon bunu Rusiya ilə ikitərəfli əlaqələrin inkişafına mane olmaq üçün atılan addım adlandırıb.
Bu arada Rusiya estoniyalı iki diplomatın ölkədən deportasiyası barədə də qərar verib.
Estoniyanın Sankt-Peterburq Baş konsulu və Baş Konsulluğun Pskov kançılaryası arzuolunmaz şəxs elan edilib.
Həmin diplomatlara Rusiyanı tərk etmək üçün 5 gün vaxt verilib.
Xatırladaq ki, Estoniya da iki rusiyalı diplomatın ölkəni tərk etmələri barədə müraciət etmişdi.