Rusiyadan Şərq Tərəfdaşlığına qısqanc münasibət

Avropa Birliyinin taleyüklü siyasi və iqtisadi təşəbbüsü kimi təqdim edilən Şərq Tərəfdaşlığı sammitinin nəticələri göstərir ki, onun nəfəsi kəsilir.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi Vladimir Çijov söyləyib. Çijovun fikrincə, sammitdə imzalanan sənədlərdə məzmundan çox, söz var:
“Nəticələr gözləntilərə uyğundur və təsdiq edir ki, Şərq Tərəfdaşlığınının nəfəsi kəsilir. Bu, bir sıra faktorlarla, o cümlədən “altılıq ölkələri”nin (Şərq Tərəfdaşlığı üzvləri) bu təşəbbüsə fərqli yanaşmaları ilə bağlıdır. AB indiki mərhələdə bunu açıq şəkildə təsdiq edir. Mən bu sammitin tarixi önəm daşıması kimi qiymətləndirilməsinin tərəfdarı deyiləm. Burada imzalanan müqavilələrdə məzmun sözdən azdır”