Rusiyadan son PKK/PYD həmləsi: “RAKKADAN ÇIX, MUXTARİYYƏT AL”

 Rusiya Soçidə keçiriləcək Suriya Xalqları Konqresinə PKK/PYD-ni də dəvət edib. Əsəd rejiminin Rakka qarşılığında muxtariyyət təklifini rədd edən terrorçu təşkilatı, Rusiya Soçi Konqresində razı salmağa çalışacaq.
 
PKK/ PYD-yə son təklif! Rakkadan çıx, muxtariyyəti al
 
Qazaxıstanın paytaxtı Astanada keçirilən Suriya iclaslarının yeddinci turunda “parlaq” bir hadisə baş verib. Topantıların ikinci günündə Rusiyanın Suriyadakı bütün qrupları "Suriya Xalqları Konqresi" adı altında bir araya gətirməyi planlaşdırdığı və bu çərçivədə PKK-nın Suriya qolu PYD-nin də dəvət edildiyi ortaya çıxıb. Rusiyanın PYD-yə dəvətini "Suriyanın şimalında yaşayan Kürdlər” adına təqdim edirlər.
Dəvətin arxa planında isə PKK/PYD-nin İŞİD-dən danışıqlar yolu ilə aldığı Rakka üçün bazarlığın dayandığı ortaya çıxıb. Məlumata görə, Astanadakı dəvət xüsusilə son günlər ABŞ və müttəfiqlərinin Rakkada Dəməşqə alternativ bir güc mərkəzi yaradacağı iddialarından sonra həyata keçirilib.
 
 ABŞ-ın TƏSİRİNİ QIRMAQ İSTƏYİRLƏR
 
Rakkanı yenidən nəzarəti altına almaq və ABŞ-ın bölgədəki təsirini qırmaq istəyən Suriya rejiminin PKK/PYD-yə muxtariyyət təklif etdiyi iddia edilib. PKK/PYD isə rejimə işğal etdiyi bütün region üçün federasiya statusu istədiyini deyib. Rejim tərəfindən qəbul edilməyən bu cavabdan sonra Rusiyanın dövrəyə girdiyi və PYD-ni Suriya Konqresinə dəvət etdiyi bildirilir. Bu çərçivədə də Rusiya və Suriya rejiminin ərazisi təxminən 20 min kvadrat kilometr olan Rakkanı ABŞ təsirindən çıxarmağa çalışacağı qeyd edilib.
Rusiyanın Suriyadakı bütün etnik qrupları bir araya toplamağı planlaşdırdığı Konqresin Soçi şəhərində noyabr ayının sonunda həyata keçiriləcəyi qeyd edilib. Rusiya prezidenti Vladimir Putinin Suriya Üzrə Xüsusi Nümayəndəsi Aleksandr Lavrentyev əvvəlki gün etdiyi açıqlamada, sözügedən Konqres ilə siyasi həll üçün kompromis axtarmağa çalışacaqlarını deyib. Lavrentyev bundan başqa, Konqresin Rusiyanın Lazkiye yaxınlığındakı bazası Hmeymimdə də keçirilə biləcəyini və Konqresə BMT tərəfindən də dəstək verildiyini qeyd edib.
Müxalifət.az