Rusiyadan S-500 açıqlaması: Son mərhələyə gəlindi!

Baxış sayı:
7354

 Rusiyanın Sənaye və Ticarət naziri Denis Manturov S-500 hava müdafiə raket sistemi üçün araşdırma və inkişaf etdirmə işlərinin son mərhələyə gəldiyini bildirib
 
Rusiya Hökuməti İdxal bərpa Komissiyasının toplantısından sonra açıqlama verən verən Manturov, "Araşdırma və inkişaf etdirmə fəaliyyətlərində sona gəldik və ardıcıl istehsal üçün hazırlıqlar aparılır" - deyib.
Yeni nəsil qurudan havaya raket sistemləri arasında göstərilən S-500, sadəcə, ballistik deyil, təyyarə, vertolyot, digər hava hədəfləri və həmçinin naviqasiya raketləri ilə hipersonik raketlərin başlıqlarını vurma qabiliyyətinə malik olacaq.
600 km mənzilə sahib olacaq sistem, eyni anda saniyədə 7 km sürətlə uçan 10 ballistik hipersonik hədəfi vura biləcək.
S-500-ün xüsusiyyətləri baxımından S-400 və Amerikan rəqibi Patriot Advanced Capability-3-dən böyük ölçüdə üstün olacağı iddia edilir.
Müxalifət.az