Rusiyadan S-400 açıqlaması: Türkiyədə istehsal edə bilərik

Baxış sayı:
7993

Kremlin sözçüsü Dmitri Peskov S-400-ün bəzi hissələrinin birgə olaraq Türkiyədə istehsal edilə biləcəyini açıqlayıb. Rusiya prezidenti Vladimir Putin bazar ertəsi günü prezident Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında hərbi və texnika sahəsində əməkdaşlıq etmək üçün imkan var və iki ölkənin yüksək texnologiyalı hərbi vasitələri müştərək olaraq istehsal olunacağını ifadə etmişdi. Jurnalistlərin bu baxımdan Kreml sözçüsü Peskova, S-400 sistemlərinin müştərək istehsalı olub olmadığını soruşub. Peskov, "S-400-ün bütün olaraq müştərək istehsal edilməsi söz mövzusu deyil və ola da bilməz. Bu yeni bir silah növüdür. Ancaq bəzi hissələrin istehsal edilməsi əlbəttə ki, söz mövzusu ola bilər" cavabını verib. Peskov, bu istehsalın Türkiyə ərazisində həyata keçirilməsinin danışılıb danışıladığına dair suala da müsbət cavab verərək “Türkiyə torpaqlarında" deyib. Müxalifət.az