​Rusiyadan qovulan diplomatlar səfirlik binasını TƏRK ETDİ

Baxış sayı:
2707

Böyük Britaniya diplomatları Moskvadakı səfirlik binasını tərk edib.
Muxalifət.az xəbər verir ki, bu barədə RİA yazıb.
Məlumata görə, Böyük Britaniyalı diplomatlar səfirlik binasını ailələri ilə birlikdə tərk ediblər. Onları qapıya qədər müşayiət edən həmkarları diplomatları səfirlik binasından alqışlarla yola salıblar.
Qeyd edək ki, Rusiya Böyük Britaniyanın addımına cavab olaraq 23 ingilis diplomatı ölkədən qovacağını açıqlamışdı.