Rusiyadan Patriot açıqlaması! S-400-ləri...

Baxış sayı:
5596

ABŞ Xarici İşlər Nazirliyinin 3.5 milyard dollar dəyərində “Patriot” hava və raket müdafiə sistemlərinin Türkiyəyə satışına razılıq verməsindən sonra Rusiyadan təcili bir açıqlama verilib.
 
Kreml Türkiyə ilə imzalanan müqavilənin davam etdiyini və satışın hər bir şəkildə baş tutacağını bildirərək, "S-400-lərin Türkiyəyə satışı hər bir şəkildə tamamlanacaq. ABŞ və Rusiyanın Türkiyəyə raket satışı bir-birindən ayrıdır" açıqlamasını edib.
Müxalifət.az