Rusiyadan növbəti xain addım - PREZİDENTLƏRİN GÖRÜŞÜ ƏRƏFƏSİNDƏ RUSLAR İDLİBİ BOMBALADI

Baxış sayı:
1891

Rusiya hərbi təyyarələrinin İdlibdə, Marretmısrin yaşayış məntəqəsində bir toyuq fermasında sığınan mülki vətəndaşları hədəfə aldığı hücum nəticəsində 16 nəfər dinc sakin həlak olub.
 
Mülki Müdafiə (Ağ Beretlilər) təşkilatının mənbələrinin məlumatına görə, bombaların əlindən qaçıb toyuq fermasında sığınmış dinc sakinlərdən 16 nəfəri ölüb, 18 nəfəri isə yaralanıb. Mülki Müdafiə qrupları axtarış-xilasetmə işlərinə davam elədiklərini bildirirlər.
 
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Rus ordusunun hücumu nəticəsində 9 nəfər dinc sakin öldürülüb./Hurriyyet.org