​Rusiyadan NATO-nun təliminə müdaxilə: OVÇU TƏYYARƏLƏR HAVADA

Baxış sayı:
3862

NATO-nun Norveçdə 25 oktyabr-7 noyabr arasında keçirdiyi hərbi təlimlərə Rusiya özünəməxsus formada cavab verib.
soyuq müharibədən sonra NATO-nun Norveçdə keçirdiyi ən böyük təlimlərə Rusiya 1-3 noyabr tarixlərində qarşılıq verib.
Məlumata görə, Rusiya hərbi hava limanından havaya qalxan TU-142 bombardmançı təyyarə NATO-nun komandanlığına çətin anlar yaşadıb.
Rusiyanın TU-142 təyyarəsi NATO gəmilərinin olduğu bölgəyə gələrək ABŞ-ın USS Mount Vhitney gəmisi üzərinə yaxınlaşıb. Rusiyanın bu davranışını “təcavüz” sayan NATO İngiltərədəki iki ovçu təyyarəsini səmaya qaldıraraq TU-142-nin bölgədən uzaqlaşdırılması manevrləri həyata keçirib.
Məlumata görə, Rusiya NATO-nun təlimlər keçirdiyi bölgəyə özünün ən böyük hərbi gəmisi olan “Böyük Pedro”nu da göndərib.