​Rusiyadan Meyə: Ərdoğanı nümunə götür!

Baxış sayı:
5125

İngiltərə Baş naziri Tereza Mey Türkiyə lideri Rəcəb Tayyib Ərdoğandna örnək götürüb Skripal olayı ilə bağlı Rusiyadan üzr istəməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı deputat Adalbi Şaqoşev deyib.
“Əlbəttə Tereza Meydən Şərq hikmətliliyini göstərməsi tələb edilə bilməz. Fəqət beynəxalq siyasi qarşıdurmalarda ən çətin dönəmlərin belə geridə qoyulmasına dair faktlar mövcuddur. Türkiyənin 2015-ci ildə Rusiyaya məxsus F-16 qırıcısını vurmasından sonra iki ölkə arasında gərginlik yaşandı. Lakin sonradan Ərdoğan siyasətçiyə yaraşan şəkildə həmkarından üzr istədi”, - deyə deputat bildirib.