Rusiyadan Liviya xəbərdarlığı: Qanlı ssenari təkrarlanır?

Baxış sayı:
21505

Moskva ümid edirik ki, Liviyada güc ssenarisi tətbiq olunmayacaq və mövcud böhran siyasi-diplomatik yolla həllini tapacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.
“Biz bir neçə ildir ki, bunun üçün səy göstəririk”, - deyə XİN sözçüsü bildirib.
Qeyd edək ki, cümə axşamı Liviya Milli Ordusunun komandanı, feldmarşal Xəlifət Xaftar bütün qeyri-qanuni silahlı qruplaşmaların təmizlənməsi məqsədilə tabeliyindəki qüvvələrin paytaxt Tripoliya daxil olmasını əmr edib.