Rusiyadan kritik Ərdoğan açıqlaması

Baxış sayı:
5110

Rusiya, Türkiyə, Almaniya və Fransanın iştirakı ilə reallaşacaq olan Suriya sammiti ilə bağlı sualları cavablandıran Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, president Vladimir Putin ilə prezident Ərdoğanın bu ilin sonuna qədər bir araya gələcəyini söyləyib. Uşakov, "Bu ölkələrin bir araya gələrək Suriyanın gələcəyi haqqında keçiriləcək toplantı üçün işlər davam etdirilir. Liderlərin iştirakı ilə İstanbulda bir konfrans keçiriləcək. Bu iclaslarda liderlərin ikitərəfli görüşləri ilə heç bir proqram bəlli deyil. Zirvə ilə bağlı tarixin müəyyən olunması işləri davam edir" deyib. Bir jurnalistin Putinlə Ərdoğanın yaxın zamanda bir araya gəlib, gəlməyəcəyinə dair sualı cavablandıran Uşakov, "Bəli, ilin sonuna qədər bir araya gələcəklər" - deyərək cavab verib. Müxalifət.az