​Rusiyadan Koreya həmləsi: Buna hazırıq

14-18 oktyabr tarixlərində Sankt-Peterburq şəhərində baş tutacaq Parlamentlərarası Birliyin İdarə Heyətinin növbəti toplantısında Şimali və Cənubi Koreyadan olan nümayəndə heyətlərinin görüşünü təşkil etməyə hazırıq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasını rəhbəri Valentina Matvienko deyib.
“Toplantıda bununla bağlı müddəalar nəzərdə tutulmayıb. Lakin məsələnin gündəmdə olması nəzərə alındıqda belə bir təşəbbüslə çıxış etməyə hazırıq. Biz Şimali və Cənubi Koreyadan olan nümayəndələrin dialoqa başlamasını çox istəyirik”, - Rusiya rəsmisi bildirib.