Rusiyadan İsrailə gözdağı: Suriyaya gətirdiyi S-300-lərin görüntülərini yayımladı

Baxış sayı:
5707

15 hərbi personalın olduğu İl-20 təyyarəsinin vurulmasından İsraili məsul tutan Rusiya, S-300 hava müdafiə sistemini Suriyaya gətirdiyini xüsusi görüntülərlə dünyaya çatdırıb.
 
Öncə Rusiya müdafiə naziri Sergey Şoyqu, Suriyaya S-300 hava müdafiə raket sisteminin təhvil verildiyi bəyan etdi.
Sonra da Rusiya Müdafiə Nazirliyi, sistemin təhvilinin foto və video materiallarını dünyayla paylaşdı.
Moskva, bu gedişlə İsrailə böyük gözdağı vermiş oldu.
Qeyd edək ki, 17 sentyabrda Aralıq dənizi üzərində Suriyada kəşfiyyat uçuşu həyata keçirən və 15 əsgər daşıyan Rus İl-20 təyyarəsi, Suriya raketləri tərəfindən vurulmuşdu.
Müxalifət.az