​Rusiyadan İraq bəyanatı: DƏSTƏKLƏYIRIK

Rusiya İraqın suverenliyini dəstəkləyir.
Bu sözləri Rusiya Baş nazirinin müavini Dmitri Roqozin deyib.
“Rusiya hökuməti müzakirə mövzusu olmayan İraqın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Biz sadəcə Bağdadda yerləşən mərkəzi hökumətlə əlaqədəyik”, - Roqozin bildirib.
Qeyd edək ki, Rusiya rəsmilərinin bənzər bəyanatlarına baxmayaraq, rəsmi Moskva kürd muxtariyyəti ilə iqtisadi əməkdaşlığa can atır.
İlkin həmlə olaraq, “Rosneft” Şimali İraqla bağlanan müqavilə çərçivəsində 5 yatağın işlənməsinə artıq 200 milyon dollar sərmayə yatırıb.