Rusiyadan İrana jest: ABŞ-ın bu qərarı...

ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror qruplaşmaları siyahısına əlavə etməsinə müsbət yanaşmırıq.
 
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov deyib.
“Biz bu qərarı birmənalı qarşılamırıq və SEPAH-ı terror qruplaşması olaraq görmürük”, - deyə bildirib.
O, bu qərarın Suriya böhranına da təsiri olacağını qeyd edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp SEPAH-ı terror təşkilatı adlandırıb. Tramp SEPAH-la bağlı qərarını 12 oktyabrda açıqlayacağını bəyan edib.